Rusiyadan Ermənistana təbii qazın verilməsi DAYANDIRILDI
    • 1-05-2023, 12:26
    • 174

Rusiyadan Ermənistana təbii qazın verilməsi DAYANDIRILDI

Rusiyadan Ermənistana təbii qazın verilməsi dayandırılıb.

News24.az xəbər verir ki, buna səbəb Rusiyanın Stavropol vilayətində yerləşən “Şimali Qafqaz-Zaqafqaziya” magistral qaz kəmərində aparılan təmir işləridir.

Qeyd olunub ki, bu gündən etibarən mayın 4-ü saat saat 20:00-dək Ermənistanda istehlakçıların qaz təchizatı daxili imkanlar hesabına həyata keçiriləcək./report.az/