Trüdo Zelenski ilə Ukraynaya yardımı müzakirə edib
    • 2-05-2023, 01:39
    • 235

Trüdo Zelenski ilə Ukraynaya yardımı müzakirə edib

Kanadanın Baş naziri Castin Trüdo Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı aparıb.

News24.az xəbər verir ki, bu barədə Kanada hökuməti məlumat yayıb.

“Liderlər mövcud vəziyyəti və Kanadanın Ukraynaya dəstəyini müzakirə ediblər. Baş nazir Kanadanın Ukraynaya lazım olan müddətdə hərbi, humanitar, maliyyə və digər yardımlar göstərməyə hazır olduğunu bir daha təsdiqlədi”, - deyəKanada hökumətinin saytında deyilir.

Trüdo həmçinin prezident Zelenskinin Xirosimada keçiriləcək G7 sammitində virtual iştirakına ümid etdiyini bildirib.

Xatırladaq ki, Yaponiyanın baş naziri Fumio Kişida Ukraynaya səfəri zamanı Vladimir Zelenskini onlayn formatda G7 sammitində iştirak etməyə dəvət edib.