-
- 7-03-2023, 15:00
- 231
Su kanalında batan kişinin meyiti TAPILDI
Göyçay rayonunda itkin düşən şəxsin meyiti tapılıb.
News24.az xəbər verir ki, rayonun Qızılağac kənd sakini, 1950-ci il təvəllüdlü Məmmədov Mövlan Süleyman oğlu dünən səhər saatlarında yaşadığı evdən çıxaraq geri qayıtmayıb. Ailə üzləri onun itkin düşməsi ilə bağlı Göyçay rayon Polis Şöbəsinə məlumat veriblər.
Onun kənd ərazisindən keçən su kanalına düşərək öldüyü ehtimal olunurdu. Polis əməkdaşlarının və kənd sakinlərinin birgə axtarışı nəticəsində bu gün saat 14:50 radələrində 73 yaşlı Mövlan Məmmədovun meyiti su kanalından tapılıb. Onun meyiti sudan çıxarılaraq Respublika Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Göyçay rayon Şöbəsinə aparılıb. Onun suya hansı səbəbdən düşərək öldüyü hələ ki, dəqiq məlum deyil. Onun ayağının sürüşərək kanala düşdüyü və ya intihar etdiyi ehtimal olunur. Onun ölüm səbəbi ekspertizanın rəyindən sonra məlum olacaq.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.