Kremlə hücumu onlar həyata keçirib – Zelenskinin müşaviri hər şeyi danışdı
    • 3-05-2023, 18:04
    • 313

Kremlə hücumu onlar həyata keçirib – Zelenskinin müşaviri hər şeyi danışdı

“Kremlə gecə hücumu yəqin ki, ən yaxın “voentorq”da (Rusiya Müdafiə Nazirliyinin Ticarət Baş İdarəsi) silahlanmış yerli müqavimət qüvvələri tərəfindən təşkil edilib”. 

News24.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin aparatının rəhbərinin müşaviri Mixaylo Podolyak bildirib.

“Kreml üzərində pilotsuz təyyarələrə gəlincə, hər şeyi proqnozlaşdırmaq olar... Rusiya açıq-aydın genişmiqyaslı terror aktı hazırlayır. Ona görə də əvvəlcə Krımda təxribat törətməkdə şübhəli bilinən böyük bir dəstəni saxlayır. Sonra isə Kreml üzərində pilotsuz uçan aparatları nümayiş etdirir”, - o bildirib. 

Podolyak qeyd edib ki, Ukrayna sırf müdafiə müharibəsi aparır və Rusiya Federasiyası ərazisindəki obyektlərə hücum etmir.

Onun sözlərinə görə, bu cür zərbələr “heç bir hərbi problemi həll etmir”, lakin Rusiyaya Ukraynanın mülki əhalisinə hücumlarına haqq qazandırmaq üçün əsas verir.

“Rusiyanın müxtəlif bölgələrində baş verən insidentləri maraqla izləyirik. Enerji obyektlərində və ya Kremlin ərazisində naməlum pilotsuz uçuş aparatlarının görünməsi yalnız yerli müqavimət qüvvələrinin işindən xəbər verə bilər. Bildiyiniz kimi, dronları istənilən hərbi mağazadan almaq olar”, - müşavir bildirib.

Podolyak vurğulayıb ki, Rusiyada istənilən insident Ukrayna pilotsuz təyyarələrinin iştirakı olmadan baş verir.

Turan