Bakı Limanı səhmlərini dövriyyəyə buraxır
    • 3-05-2023, 17:34
    • 225

Bakı Limanı səhmlərini dövriyyəyə buraxır

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC "Bakı Fond Birjası" QSC-də səhmlərinin yerləşdirməyə hazırlaşır.

News24.az xəbər verir ki,  söhbət hər birinin nominal dəyəri 10 manat olan 1 599 ədəd səhmdən gedir.

Qiymətli kağızlar qapalı üsulla yerləşdiriləcək və Bakı Limanının 15 990 manatlıq nizamnamə kapitalını formalaşdıracaq.

Xatırladaq ki, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" 1902-ci ildən fəaliyyət göstərən Bakı Limanının bazasında 2015-ci ildə yaradılıb. Liman yük, neft və bərə terminallarından ibarətdir.