-
- 4-05-2023, 12:59
- 545
Qadınları hotelə aparan Təhmin Zelabdinovanın ŞOK ƏMƏLLƏRİ
Bir müddət əvvəl polis əməkdaşları tərəfindən saxlanılan Sabunçu rayonu, Zabrat qəsəbəsinin sakini, 1986-cı il təvəllüdlü Təhmin Zelabdinova məhkəmə qarşısına çıxarılıb.
News24.az-ın əldə etdiyi məlumata görə, qadınları tamah niyyəti və aldatma yolu ilə istismar məqsədilə dövlət sərhədindən keçirərək Türkiyəyə aparan Təhmin Zelabdinovanın barəsində Cinayət Məcəlləsinin 144-1 (İnsan alveri) və 144-3 (insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlər) maddələrilə ilə açılmış cinayət işinə baxılıb.
Məhkəmədə bildirilib ki, Təhminin əməlləri üzrə 3 qadın zərərçəkmiş şəxs qismində tanınıb. Belə ki, Təhmin həmin qadınlarla Bakıda tanış olaraq sosial şəbəkə vasitəsilə daim ünsiyyət saxlayıb. O, həmin qadınları Türkiyədə xidmətçi kimi işə düzəldəcəyinə söz verib və onlara ayrı-ayrı vaxtlarda təyyarə bileti alaraq əvvəlcə Bakıdan Naxçıvana, oradan da quru yolu ilə Türkiyəyə getmələrini təşkil edib. Türkiyənin Artvin şəhərində yerləşən “Parabül” hotelə yerləşdirdiyi qadınların sənədlərini əlindən alan 37 yaşlı Təhmin daha sonra onları hədələyərək, müxtəlif şəxslərlə görüşmələrini təşkil edib.
Təhminin əlindən çətinliklə çıxan qadınlar Bakya qayıtdıqdan sonra onun barəsində şikayət ediblər. Zərərçəkmiş qadınlar zorla fahişəliyə cəlb edildiklərinə görə psixoloji sarsıntı keçirdiklərini qeyd ediblər.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesi bir neçə gün əvvəl başa çatıb. Hakim Novruz Kərimovun sərliyi ilə keçirilən prosesin yekununda Təhmin Zelabdinovanın əməlləri subuta yetirilib.
O, 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Taleh BAĞIROV