-
- 13-06-2019, 15:35
- 1 170
Azərbaycanlı qızları xaricə aparıb satan qadından MÜRACİƏT
Azərbaycanlı qadınları xarici ölkəyə apararaq fahişəlik əməlinə cəlb etdiyi üçün həbs edilən şəxs Ali Məhkəməyə müraciət edib.
News24.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.2.4-1-ci, yəni insan alveri - insan alveri qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə törədildikdə maddəsi ilə məhkum edilmiş Rəmziyyə Abbasova Ali Məhkəmədən barəsindəki işə yenidən baxılmasını və hökmün dəyişdirilməsini tələb edib.
Müraciətə hakim Fərhad Kərimovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoymaqda təqsirli bilinən Rəmziyyə Abbasovanın cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. İttihama görə, Rəmziyyə Abbasova iki Azərbaycan vətəndaşı olan qadını Türkiyəyə aparıb və orada kişi müştərilərlə görüşdürüb, bunun müqabilində pul qazanıb.
Zərərçəkmişlərin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə etdiyi şikayətdən sonra Rəmziyyə Abbasovanın barəsində cinayət işi başlanıb.