Gülşəndən həbs cəzası ilə bağlı İLK AÇIQLAMA
    • 4-05-2023, 14:15
    • 242

Gülşəndən həbs cəzası ilə bağlı İLK AÇIQLAMA

Müğənni Gülşen Çolakoğlu 10 aylıq həbs cəzası ilə bağlı "İnstaqram" hesabında açıqlama yayıb.

News24.az xəbər verir ki, Gülşən həbs cəzası xəbərindən sonra vəkili Altın Mimirin "İnstaqram" hesabında verdiyi açıqlamanı paylaşıb. 

Açıqlamada deyilir: 

"Müvəkkilim Gülşen Çolakoğlu haqqında qanuni şərhi mümkün olmayan ədalətsiz qərar xəbərinin "Gülşən cəzalandırıldı" başlığı ilə yayımlanması nəticəsində ona qarşı formalaşan mənfi rəyə görə bu gün açıqlama vermək məcburiyyətində qaldıq.

Gülşen 25 avqust 2022-ci ildə TCK-nın 216/1 maddəsinə əsasən prosedur və qanuna zidd olaraq yaşadığı ünvandan aparılıb. Onun ifadəsi alınıb, həbs edilib və barəsində ittiham aktı tərtib edilib. O vaxtdan bəri biz dəfələrlə və müxtəlif şəkildə bu cəzanın qanunsuz olduğunu bildirmişik.

Biz tam inanırıq ki, cinayət maddəsinin icrası ilə bağlı yol verilmiş kobud səhv bizim tətbiq edəcəyimiz hüquqi tədbirlərdən sonra düzəldiləcək və müvəkkilimə  bəraət veriləcək”. /Haber Global/