Gülşən hakim qarşısına çıxacaq
    • 20-10-2022, 13:08
    • 212

Gülşən hakim qarşısına çıxacaq

Ev dustaqlığına buraxılan müğənni Gülşən Çolakoğlunun məhkəmə günü bəlli olub.

News24.az "Axşam.az"-a istinadən xəbər verir ki, sənətçi oktyabrın 21-də hakim qarşısına çıxacaq. Məhkəmədə yeni şahidlər dinləniləcək.

Qeyd edək ki, Gülşən konsertlərindən birində dediyi "İmam Hatipdə oxuyub, əxlaqsızlığı oradan gəlir" sözlərinə görə həbs olunub. Onun bu ifadəsi həmin liseydə oxuyanları və məzunları, eləcə də dindarları qəzəbləndirib. Gülşən özünü günahkar hesab etməyib və həbs olunmadan mühakimə olunmaq istədiyini bildirib. Daha sonra sənətçi ev həbsinə buraxılıb.