Ermənistan Nazirlər Kabinetinin binasına donuz başları atıldı - VİDEO
    • 4-05-2023, 16:44
    • 273

Ermənistan Nazirlər Kabinetinin binasına donuz başları atıldı - VİDEO

"Biz edam cəzasını qaytaracağıq, bu adamları meydandan çıxarandan sonra qanuna uyğun olaraq onları asacağıq, digərlərinin isə başları kəsiləcək". 

News24.az xəbər verir ki, bunu mayın 4-də İrəvanda keçirilən etiraz aksiyası zamanı 44 günlük müharibədə ölən əsgər analarından biri deyib. 

O qeyd edib ki, xalqın ödədiyi vergilər hesabına onları illərlə həbsdə saxlamaq məqsədəuyğun olmadığından, “indiki xuntanı cəzalandırmaq naminə” ölüm hökmünü geri qaytaracaqlar.

Etirazçılar “Nikol satqındır!”, “Vətən oğruları”, “Ermənilərin qatilləri” şüarlarını səsləndiriblər.

Etirazçılar həmçinin Nazirlər Kabinetinin binasının girişinə donuz başları atıblar, onları qırmızı rəngə boyayaraq Paşinyan, Anna Akopyan, Arayik Arutyunyanın fotoşəkillərini əlavə ediblər.

Turan