Putin MDB ölkələrinin liderlərini Qələbə Günü münasibətilə təbrik etdi
    • 8-05-2023, 13:22
    • 127

Putin MDB ölkələrinin liderlərini Qələbə Günü münasibətilə təbrik etdi

Rusiya prezidenti Vladimir Putin 9 May - Qələbə Günü ərəfəsində Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Abxaziya, Cənubi Osetiya liderlərinə, həmçinin Gürcüstan və Moldova xalqlarına təbrik məktubu ünvanlayıb.

News24.az
xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. 

"Bu əlamətdar gündə döyüş meydanlarında misilsiz şücaətləri və arxa cəbhədə fədakar əməyi ilə nasist işğalçıları darmadağın edən və öz doğma torpağının azadlığını müdafiə edən hər kəsə dərin ehtiram və minnətdarlığımızı bildiririk" - deyə məktubda qeyd edilib. /TASS/