Şimali Koreyada məhbuslara ciddi nəzarət: Şübhəli hərəkət edənlər güllələnəcək
    • 8-05-2023, 16:31
    • 197

Şimali Koreyada məhbuslara ciddi nəzarət: Şübhəli hərəkət edənlər güllələnəcək

Şimali Koreya hökuməti ölkədəki bütün həbsxanalarda ailə ziyarətlərini dayandırdığını açıqlayıb.

News24.az xəbər verir ki, buna səbəb isə ölkədəki mürəkkəb siyasi vəziyyət əsas gətirilib.

Bildirilib ki, düşmənlərin müharibəni alovlandırması səbəbindən xalq orduya cəlb olunub. Ona görə də bu mürəkkəb şəraitdə həbsxanalarda nizam-intizamın gücləndirilməsi barədə göstəriş verilib.

Gündəlik kənd təsərrüfatı işləri üçün sahəyə göndərilən məhbusların sayının da azaldığını, qalan məhbusların isə kameralarında sosialist quruluşunu öyrənmək üçün təlim keçdiyi bildirilib.

Tarlada işləyən məhbuslar arasında şübhəli hərəkət edənlərə atəş açılçası əmrinin verildiyi qeyd edilib. /Daily NK/