-
- 20-08-2021, 09:24
- 560
Şimali Koreyada əhaliyə Kim Çen Inın arıqlamasını müzakirə etmək qadağan edildi
Şimali Koreya lideri Kim Çen Inın sağlamlığının açıq şəkildə müzakirəsi əhaliyə qadağan edilib.
News24.az xəbər verir ki, buna səbəb isə siyasətçinin son bir neçə ay ərzində xeyli arıqlamasıdır.
Belə bir müzakirə "geriçilik hərəkəti" kimi qiymətləndirilə bilər. Buna baxmayaraq Kim Çen Inın sağlamlıq vəziyyəti ilə bağlı fikir söyləməyə cəsarət edən şəxslərin hansı cəza ilə üzləşəcəkləri məlum deyil.
Hal-hazırda hökumət Şimali Koreya liderinin tamamilə sağlam olduğunu bildirir və arıqlamasını ölkədəki qida çatışmazlığından əziyyət çəkən xalq üçün narahatlığı ilə əlaqələndirir. Onun sağlamlığı ilə bağlı şayiələrin yayılması "Vətənə xəyanət" kimi qiymətləndiriləcək.