"SpaceX" Bəhreyndə "Starlink"in istismarına icazə aldı
    • 27-04-2022, 22:16
    • 427

"SpaceX" Bəhreyndə "Starlink"in istismarına icazə aldı

Bəhreynin telekommunikasiya tənzimləyicisi ABŞ-ın "SpaceX" şirkətinin "Starlink" peyk rabitə sisteminin ölkədə istismarı üçün icazə verib.

Bu barədə "Bəhreyn" informasiya agentliyi xəbər yayıb.

Qərarı şərh edən telekommunikasiya tənzimləyicisinin direktoru Filip Marnik bildirib ki, "[Bəhreynin] üstün rəqabət qabiliyyəti və açıq bazarı onu yeni xidməti təqdim etmək üçün ideal yerə çevirir".

Agentlik qeyd edir ki, Bəhreyn regionda "Starlink"in istismarına icazə verən ilk ölkə olub.
/Trend.az/