-
- 15-02-2019, 17:08
- 1 052
Millət vəkili Adil Əliyev: "Şəhidlərimizi dünyaya gətirən analarımızın qarşısında baş əyirəm" - FOTO
Millət vəkili Adil Əliyev bu gün şəhid Arif Vəliyev adına 258 №-li tam orta məktəbdə Azərbaycan torpaqları uğrunda şəhid olan Arif Vəliyevin anım tədbirində iştirak edib.
News24.Az bildirir ki, tədbirdə söz verilən A. Əliyev çıxışı zamanı bunları deyib:
“Arif qardaşımız, balamız, Vətən uğrunda şəhidlik zirvəsinə ucalıb. Bu zirvə hər kəsə nəsib olmur. Şəhidlərimizin mükafatı Allah yanında çox böyükdür. Şəhidlik zirvəsi elə bir zirvədir ki, o zirvəyə, o qürur verici ada heç bir yüksək zirvə yetməz. Ali baş komadanımızın hər zaman hərbi hissələrdə əsgərlərimizə, qazilərimizə, milli qəhrəmanlarımıza, şəhid ailələrinə göstərdiyi sevgi, qayği biz nümunədir. Bu gün prezidentimiz şəhid ailələri ilə şəxsən maraqlanır və onlarla bağlı bir sıra qərarlar da imzalayıb. Cənab prezident hər an “Qarabağa irəli!” əmrini verə bilər. Biz də Ariflərdən biri ola bilərik. Torpaq su ilə qarışanda palcıq, qan ilə qarışanda Vətən olur! Bu tədbir Arifə və onun kimi qəhrəmancasına şəhid olan övladlarımıza olan sevginin göstəricisidir. Bizim gələcəyimiz olan uşaqlara bunları aşılamaq borçumuzdur. Onlar şəhidlərimizi, qazilərimizi, qəhrəmanlarımızı tanımalıdırlar və bilməldirlər ki, onlar Vətən uğrunda canlarından keçiblər. Allah bütün şəhidlərimizə rəhmət eləsin, onların ruhu qarşısında baş əyirəm. Şəhidlər bizim qürurumuzdur, onları dünyaya gətirən analarımızın qarşısında baş əyirəm”.
Azər NƏSİBOV