-
- 10-05-2023, 17:47
- 536
İrəvan “1 iyun”a hazırlaşır: Azərbaycanın 8 kəndi, Nikolun “4 tələbi”... – DETALLAR
Vaşinqtonda fikir ayrılıqlarını həll edə bilməyən Bakı və İrəvan arasında növbəti görüş Brüsseldə, ardınca Kişinyovda keçiriləcək. Liderlər səviyyəsində baş tutacaq Brüssel və Kişinyov görüşündə Paşinyan ən çox iyunun 1-də Avropa Siyasi Birliyinin sammiti çərçivəsindəki müzakirələrə ümid etdiyi bəllidir.
Sıx təmaslar fonunda sülh müstəvisində müsbət qərarın əldə edilməsi hər iki dövlətin xeyrinə olar. Ancaq məlumdur ki, İrəvanın sülhdən uzaq tələbləri var: “29,8 min kvadratkilometr ərazisi”nin toxunulmazlığını istəyir; işğal altındakı 8 kəndin qaytarılmasında problemlər yaradır - Paşinyan iddia edir ki, Azərbaycan da “erməni kəndləri”ni təhvil verməlidir.
Mövzu ilə bağlı News24.az-a danışan politoloq Amid Əliyev bildirib ki, Azərbaycan-Ermənistan sülh gündəliyinin Qərbin moderatorluğu, xüsusilə də ABŞ vasitəçiliyi ilə həyata keçirilməsində əsas məqsəd sülh sazişinin mümkün qədər qısa müddət ərzində əldə olunmasına yönəlib.
Politoloqun sözlərinə görə, ABŞ dəfələrlə bildirib ki, iki ölkə arasında vasitəçi olmadan belə danışıqlar aparılmalıdır: “Eyni zamanda Qərbin Ermənistana maliyyə və iqtisadi cəhətdən təsiretmə rıçaqları da mövcuddur. Burada əsas məqsəd Moskva platformasının əhəmiyyətini azaltmaq və Ermənistanı Rusiya Federasiyasının orbitindən uzaqlaşdırmaqdır. Vaşinqton görüşləri zamanı hər iki ölkə arasında qarşılıqlı münasibətlər yaradılsa da, eyni zamanda sülh sazişi üzrə müəyyən bəndlərdə razılıq əldə edilsə də, kompleks razılıq hələ əldə edilməyib. Belə ki, Ermənistanın əsas tələblərindən biri onun ərazisinin faktiki olaraq Azərbaycan tərəfindən tanınması və beynəlxalq təminatın verilməsidir”.
A.Əliyev hesab edir ki, hazırda Ermənistanın siyasi rəhbərliyinə həm Qərb, həm də Rusiya tərəfindən təzyiqlər var:
“Hər iki tərəfə zəif olan Ermənistan üzərindən bölgəyə nüfuz etmək və siyasi didvidentlər əldə etməyə yönəlmiş addımlar atırlar. Eyni zamanda müzakirələrdə sərhədlərin müəyyən edilməsi, anklavların Azərbaycana qaytarılması və nəhayət, Qarabağda yaşayan ermənilərin siyasi hüquqları kimi baza elementlərin müzakirə olunması ehtimalı ilə yola çıxsaq, onda ehtimal etmək olar ki, bunlardan bir neçəsi, əsasən də sərhəd və anklav məsələləri həll olmaq üzrədir. Görüşlərdən dərhal sonra Ermənistanın baş naziri anklavların Azərbaycana qaytarılmasını və sərhədlərin 1975-ci il xəritələrinə görə müəyyən olunamasını bəyan etdi. Lakin bu gün Ermənistanın beynəlxalq təhlükəsizlik təminatı axtarması və Paşinyanın şəxsi təhlükəsizliyi məsələsi gündəmdədir. Buna görə də çox güman ki, ABŞ bu məsələdə Ermənistanı razı sala bilib ki, 14-də Brüssel, iyunun 1-də isə Kişinyov görüşünün olması planlaşdırılıb. Ancaq bir məqamı nəzərə almaq lazımdər ki, bu günlərdə Moskva görüşü də baş tutacaq”.
Politoloqun sözlərinə görə, rəsmi Moskva əlindən gələni edəcək ki, onun hazırladığı sülh sazişi hər iki tərəfə daha cəlbedici görünsün: “Buna görə də Paşinyan hakimiyyətinə müəyyən təzyiqlərin olacağı ehtimalı böyükdür. Ermənistan siyasi iradə təqdim edib bu məsələdə israrlı olsa, sülh sazişi istiqamətində olduqca vacib irəliləyiş olacaq. Əksinə, məsələ yenə də Moskvanın pozuculuq fəaliyəti ilə geri addımlaya bilər”.
Turan