-
- 10-05-2023, 18:24
- 411
Putindən Gürcüstanla bağlı FƏRMAN - Bu qadağa LƏĞV EDİLDİ
Mayın 15-dən Rusiyada Gürcüstan vətəndaşları üçün viza rejimi ləğv ediləcək.
News24.azxəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bununla bağlı fərman imzalayıb. Fərman Rusiyanın rəsmi hüquqi informasiya portalında yerləşdirilib.
Rusiyaya daxil olmaq üçün Gürcüstan vətəndaşlarına şəxsiyyəti təsdiq edən sənəd lazımdır: Gürcüstanın adi, diplomatik və ya xidməti pasportu və ya dənizçi pasportu.
Amma üç aydan çox işləmək və ya təhsil almaq üçün Rusiyaya daxil olmaq istəyən Gürcüstan vətəndaşlarından yenə də viza tələb olunacaq.
Başqa bir fərmanla Vladimir Putin Rusiya aviaşirkətlərinin uçuşlarına və Gürcüstana turların satışına qoyulan qadağanı aradan qaldırıb.
Turan