Tokioda güclü zəlzələ - XƏSARƏT ALANLAR VAR
    • 12-05-2023, 08:36
    • 155

Tokioda güclü zəlzələ - XƏSARƏT ALANLAR VAR

Tokionun şərqində baş verən 5,2 bal gücündə zəlzələ nəticəsində azı 8 nəfər xəsarət alıb.

News24.az xəbər verir ki, Yaponiyanın baş naziri Fumio Kişidanın göstərişi ilə zəlzələ ətrafında vəziyyətin monitorinqi mərkəzi işə başlayıb.

Mərkəzin fəaliyyətinin məqsədi yeraltı təkanların nəticələri haqqında məlumat toplamaq və təhlil etməkdir.

Əvvəlcə Yaponiya Meteorologiya İdarəsi zəlzələnin maqnitudasının 5,4 bal olduğunu bildirsə də, sonradan 5,2-yə endirilib. Yeraltı təkanların episentri Çiba prefekturasının paytaxtına bitişik ərazidə təxminən 40 km dərinlikdə yerləşib.

Zəlzələ Yaponiyanın şərqində, o cümlədən Tokioda hiss olunub. /NHK/