"Twitter"-in yeni baş direktoru bu şəxs ola bilər - FOTO
    • 12-05-2023, 09:03
    • 170

"Twitter"-in yeni baş direktoru bu şəxs ola bilər - FOTO

"NBCUniversal"-ın satış direktoru Linda Yakkarino "Twitter"-in yeni baş direktoru olmaq üçün danışıqlar aparır.

News24.az xəbər verir ki, Yakkarino 10 ildən artıqdır ki, "NBCUniversal"-da çalışır. Bütün karyerası boyunca o, reklamın effektivliyini qiymətləndirmək üçün təkmilləşdirilmiş üsulları müdafiə edib.

Qeyd edək ki, mayın 11-də "Twitter"-in sahibi İlon Mask şəbəkədəki eyniadlı səhifəsində altı həftə ərzində baş direktor vəzifəsini tərk edəcəyini açıqlayıb. O, artıq yeni namizədin tapıldığını da bildirib. artıq yeni namizəd tapılıb. Mask yeni baş direktor qadın olacağını da vurğulayıb. /WSJ/