Tviterə yeni baş direktor təyin edildi
    • 12-05-2023, 10:35
    • 162

Tviterə yeni baş direktor təyin edildi

Tviterin sahibi İlon Mask şirkətə yeni baş direktor təyin edib.

News24.az xəbər verir ki, Mask bu barədə məlumatı öz tviter hesabında açıqlayıb. 

Onun sözlərinə görə, yeni baş direktor təqribən 6 həftə sonra fəaliyyətə başlayacaq. 

Yeni vəzifəli şəxsin adı açıqlanmasa da, onun qadın olduğu bildirilir. 

Xatırladaq ki, İ. Mask sosial şəbəkəni ötən il 44 milyard dollara alıb./qafqazinfo/