Çempionlar Liqasının finalı İstanbulda keçirilməyə bilər
    • 12-05-2023, 09:30
    • 291

Çempionlar Liqasının finalı İstanbulda keçirilməyə bilər

Çempionlar Liqasının final oyunu Türkiyədə keçirilməyə bilər.

News24.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı iddia irəli sürüb.

İddiaya görə, UEFA Türkiyədəki prezident seçkiləri səbəbindən İstanbulda keçirilməsi planlaşdırılan 2023-cü il finalın oyununu Portuqaliyaya verə bilər. 

UEFA Türkiyədəki seçkilərdən sonra İstanbulda iğtişaşlar yaranacağı təqdirdə Çempionlar Liqasının finalının Estadio da Luza-da keçiriılməsi ilə bağlı Portuqaliya Futbol Federasiyası ilə danışıqlar aparıb.

Qeyd edək ki, UEFA  Çempionlar Liqasının finalının Türkiyədə keçirilməsini iki dəfə ləğv edib. /Daily Mail/