“Beşiktaş” bu gün Bakıya gəlir
    • 12-05-2023, 10:18
    • 257

“Beşiktaş” bu gün Bakıya gəlir

“Sabah”la xeyriyyə oyunu keçirəcək Türkiyənin “Beşiktaş” komandası bu gün Bakıya gələcək.

News24.az  klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi yerli vaxtla saat 11:00-da səhər məşqinə çıxacaq.

Saat 15:00-da isə komanda Sabiha Gökçen Hava Limanından çarter reysi ilə Bakıya yola düşəcək.

Xatırladaq ki, mayın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Sabah” – “Beşiktaş” matçı saat 18:00-da başlayacaq. Qarşılaşmadan əldə ediləcək bütün gəlir Türkiyədə zəlzələdən zərər görmüş insanlara göndəriləcək.