"Marsel"in 200 fanatı Bakıya çarter reysi ilə gələcək
    • 21-02-2022, 17:52
    • 365

"Marsel"in 200 fanatı Bakıya çarter reysi ilə gələcək

Fransanın “Marsel” futbol klubu “Qarabağ” komandası ilə keçiriləcək Konfrans Liqasının cavab görüşü üçün Bakıya oyuna iki gün qalmış gələcək.

News24.az xəbər verir ki, Xorxe Sampaolinin yetirmələri sabah axşam saatlarında Bakıda olacaqlar.

Həmçinin cavab oyununa Marseldən 200-ə yaxın azarkeş gələcək. Onların çarter reysi oyun günü Bakıya çatacaq.

“Qarabağ” – “Marsel” matçı fevralın 24-də “Tofiq Bəhramov” stadionunda keçiriləcək və saat 21:45-də başlayacaq. /azerisport.com /