"Beşiktaş" klubu Bakıya GƏLDİ
    • 12-05-2023, 18:47
    • 310

"Beşiktaş" klubu Bakıya GƏLDİ

Xeyriyyə oyununda "Sabah"ın qonağı olacaq Türkiyənin "Beşiktaş" klubu Bakıya gəlib.

News24.az-ın məlumatına görə, İstanbul təmsilçisini daşıyan təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Komandanı hava limanında çoxsaylı azarkeşlər qarşılayıblar.

Qeyd edək ki, mayın 13-də keçiriləcək "Sabah" - "Beşiktaş" oyunu saat 18:00-da başlayacaq. Görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək. /report/