Bu məşhurların qızı aktrisa oldu - FOTO
    • 16-02-2019, 12:30
    • 1 422

Bu məşhurların qızı aktrisa oldu - FOTO

Məşhur şoumen-aktyor Mehmet Ali Erbil və aktrisa Nergis Kumbasarın qızı Yasmin Erbil aktrisa kimi ciddi karyera qurmağa qərar verib.

2017-ci ilin istehsalı olan, Elçin SanguBarış Arduçun baş rol aldıqları "Mutluluk zamanı"/"Xoşbəxtlik zamanı" filmində ilk dəfə kiçik rol alan Yasmin açıqlama verərək, bildirib ki, artıq bir neçə serialda oynaması üçün təkliflər alıb. Təklifləri dəyərləndirməyə çalışan və uyğun seriala razılıq verəcəyini deyən gənc aktrisa valideyinlərinin yolunu davam etdirəcəyini qərara alıb.

News24.Az