-
- 25-03-2023, 20:06
- 408
"Qarabağ" - "Qalatasaray" matçı: azarkeşlərə xəbərdarlıq
Bakıda "Qarabağ" və Türkiyə "Qalatasaray"ı arasında keçiriləcək xeyriyyə oyunundan sonra azarkeşlər Bakı Olimpiya Stadionundan (BOS) hissəvi şəkildə buraxılacaqlar.
News24.az xəbər verir ki, BOS-un mətbuat xidmətinin rəhbəri Fərid Əsədzadənin Report-a verdiyi məlumata görə, bu qərar ictimai nəqliyyata doğru gedən yollarda sıxlıq yaranmaması üçün qəbul olunub.
O bildirib ki, əvvəlcə arenanın yuxarı mərtəbələri boşaldılacaq: "Birinci mərtəbədəki tamaşaçılar isə bir az gözləməli olacaqlar. Məsələ polislər tərəfindən tənzimlənəcək. Azarkeşlərə çağırış edirik ki, hüquq-mühafizə orqanları əməkdaşlarının təlimatlarına əməl etsinlər".
Qeyd edək ki, martın 26-da keçiriləcək "Qarabağ" - "Qalatasaray" oyunu saat 20:00-da başlayacaq. Görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.