"Marsel" klubu Bakıya gəldi
    • 23-02-2022, 00:00
    • 432

"Marsel" klubu Bakıya gəldi

UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda "Qarabağ"ın qonağı olacaq Fransa "Marsel"i Bakıya gəlib.

News24.az xəbər verir ki, Marsel təmsilçisini daşıyan təyyarə bir neçə dəqiqə öncə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Komandanın baş məşqçisi Xorxe Sampaoli Azərbaycan paytaxtına 22 futbolçu gətirib.

Qeyd edək ki, fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" - "Marsel" görüşü saat 21:45-də başlayacaq. İlk oyunda Fransa klubu 3:1 hesablı qələbə qazanıb. /Report.az/