-
- 13-05-2023, 11:55
- 355
Türkiyədə keçirilən ən son iki sorğu: Prezident ilk turda BƏLLİ OLACAQ
Türkiyədə keçiriləcək prezident seçkiləri ilə bağlı aparılan ən son sorğunun nəticələri açıqlanıb.
News24.az xəbər verir ki, sorğunu “Areda” və “Asal” sorğu mərkəzləri keçirib. “Areda”nın araşdırması mayın 11-12-də 25 min nəfərin iştirakı ilə aparılıb.
“Asal”ın 10-12 may tarixlərində keçirdiyi sorğuda 2000-dən çox insan iştirak edib. “Areda” və “Asal” araşdırma mərkəzlərinin məlumatına görə, Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan prezident seçkilərinin ilk turunda qalib gələcək. “Areda” Mərkəzinin araşdırması mayın 11-12-də 25 min nəfərin iştirakı ilə aparılıb. Bu, Məhərrəm İncənin namizədliyini geri götürməsindən sonra keçirilən ilk sorğulardan biridir.
Nəticələrə görə, sorğu iştirakçılarının 51,3 faizi Ərdoğana, 44,2 faizi isə Kılıçdaroğluna səs verməyə hazır olduğunu bildirib. Üçüncü namizəd Sinan Oğan isə 4 faiz səs toplayıb. Araşdırmanın nəticələrinə görə, parlament seçkilərində hakim partiyanın daxil olduğu “Xalq Alyansı” 51%-dən çox səs toplayacaq. “Asal”ın araşdırması göstərib ki, Ərdoğan 50,6%, Kılıçdaroğlu 46,3% səs alacaq. Araşdırma 10-12 may tarixlərində aparılıb, İncənin açıqlamasından sonra iştirakçılara yenidən zəng edilib və qalan 3 namizəddən hansına səs verəcəkləri öyrənilib.
Türkiyədə prezident və parlament seçkiləri mayın 14-nə təyin edilib. Əgər namizədlərdən heç biri 50% səs toplaya bilməsə, prezident seçkilərinin ikinci turu mayın 28-nə təyin edilib. //Publika.az