İncə geri çəkilməsinin səbəbini AÇIQLADI:
    • 11-05-2023, 16:22
    • 492

İncə geri çəkilməsinin səbəbini AÇIQLADI: "Mənim elə bir görüntüm, səs yazım..."

Məmləkət Partiyasının sədri Məhərrəm İncə prezidentliyə namizədliyini geri götürmək qərarına gəlib.

News24.az "Yeniakit" qəzetinə istinadən xəbər verir ki, İncə prezidentliyə namizədliyindən nə üçün geri çəkildiyini açıqlayıb:

"14 mayda məğlub olacağınız halda məni bəhanə olaraq göstərməməyiniz üçün namizədlikdən çəkilirəm. Türkiyə Cümhuriyyəti mənim nüfuzumu qoruya bilmədi. Dövlət vətəndaşın, prezidentliyə namizədin reputasiyasının qorunmasına cavabdehdir. Bu ölkənin prokurorları mənim reputasiyamın təhlükəsizliyini qorumağa borcludurlar. Bu, açıq-aşkar böhtandır. Şəxsi həyatımdan yazanlar FETÖ-nün ortaqlarıdır. Mənim elə bir görüntüm, səs yazım yoxdur".

Qeyd edək ki, prezidentliyə namizəd Məhərrəm İncənin bir müddət əvvəl mətbuatda şəxsi həyatı ilə bağlı videolar yayılıb.

Xatırladaq ki, Türkiyədə prezident və parlament seçkiləri mayın 14-ü keçiriləcək.

Ölkənin hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan, CHP sədri Kamal Kılıçdaroğlu və ATA İttifaqının namizədi Sinan Oğan prezident seçkilərində mübarizə aparacaqlar. 

Qumral Əliyeva