-
- 15-05-2023, 13:20
- 257
Türkiyədə seçkilərin qalib və məğlubları - ADLAR
Türkiyə seçkilərinin bir neçə qalibi var: 1. Şəksiz qalib Ərdoğandır – parlamenti çox böyük üstünlüklə uddu, ilk turu 5% civarında öndə bitirdi, ikinci turda çox böyük üstünlüklə qalib olacaq (təqribən 55-56% civarında).
News24.az xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.
“2. MHP də ciddi uğur qazandı, heç kim belə səs qazanacağını təxmin etməmişdi, 3. Sinan Oğan da qalibdir, Türkiyədə 5,26%, təqribən 2,8 mln. seçici səsi qazanmaq böyük uğurdur. Oğanı İYİ partiyadan “sol” namizədə səs vermək istəməyən, MHP-dən Ərdoğana səs vermək istəməyənlər dəstəklədi, yəni, Oğanın səsi özünün deyil millətçi-sekulyar kəsimindir, o səslərdən ikinci turda Kılıçdaroğluna çox az səs gedəcək, 4. DEVA partiyası da qazandı – Kılıçdaroğlunun zəifliyini, siyasətbilməzliyini görüb çox ağıllı ittifaq qurdu, şərtlərini diktə edə bildi və parlamentə 14-15 deputat keçirə bildi.
Seçkinin tək məğlubu var – Kılıçdaroğlu. İttifaqlarını doğru qura bilmədi, mesajlarını normal çatdıra bilmədi, CHP-nin deputat sayını səhv hesablamalarla azaltdı. Amma CHP partiya olaraq vacib partiyadır, Türkiyədə 25% “sol-liberal” seçmənin olması qardaş ölkə üçün siyasi “vaksindir”, ölkəni sözün pis mənasında (inanclı insanlara can qurban, söhbət dinin siyasətə alət edilməsindən gedir) dini idarəetməyə yuvarlanmaqdan, bir də radikal etnik millətçilikdən qoruyur (millətçilərə də can qurban, söhbət “kafa tası” millətçilikdən gedir)”.
Turan