Türkcəyə tərcümə olunan "S.Ə.S: Adəm və Həvva" filmi haqqında bilmədikləriniz - Kamil Vəlicanov
    • 15-05-2023, 15:55
    • 544

Türkcəyə tərcümə olunan "S.Ə.S: Adəm və Həvva" filmi haqqında bilmədikləriniz - Kamil Vəlicanov "CasTro.FM"də - VİDEO

Türkcəyə tərcümə olunan "S.Ə.S: Adəm və Həvva" filmi haqqında bilmədikləriniz - Kamil Vəlicanov "CasTro.FM"də - VİDEOXəbər verdiyimiz kimi, məşhurların sevimlisi olan, azərbaycanlı "De Castro" kimi tanınan gənc gitarist Pərviz Allahverdiyev bir müddət öncə "CaStro.FM" layihəsinə start verib.

Layihə çərçivəsində o, hər hansı bir sahədə uğur qazanan azərbaycanlı gəncləri "YouTube" kanalında yayımlanan verilişə qonaq edərək səmimi müsahibə formatında xalqa tanıtdırır.

BİG.AZ xəbər verir ki, verilişin budəfəki buraxılışının qonağı son günlər türk dilində dublyaj olmaqla yenidən gündəmə gələn "S.Ə.S: Adəm və Həvva" serialını hazırlayan "Bizgroup Production" "YouTube" kanalının qurucularından biri, icraçı prodüseri, aktyor Kamil Vəlicanovdur.

İstedadlı gəncimizi daha yaxından tanımaq, "S.Ə.S" serialı barədə heç yerdə eşitmədikləri məqamlar haqqında bilmək istəyənlər onunla maraqlı müsahibəni aşağıdakı videodan izləyə bilərlər: