"Azərbaycanla Gürcüstan arasında dostluq və qardaşlıq münasibətləri uğurla inkişaf edir" - Prezident
    • 15-05-2023, 17:28
    • 358

"Azərbaycanla Gürcüstan arasında dostluq və qardaşlıq münasibətləri uğurla inkişaf edir" - Prezident

Azərbaycanla Gürcüstan arasında dostluq və qardaşlıq münasibətləri müxtəlif sahələrdə uğurla inkişaf edir.

News24.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilini qəbul edərkən bildirib.

Dövlət başçısı parlamentlərarası əlaqələr sahəsində səmərəli əməkdaşlığın həyata keçirilməsindən məmnunluğunu qeyd edib.