İş yerində qeybət etmək faydalıdır - Alimlər açıqladı
    • 15-05-2023, 18:03
    • 299

İş yerində qeybət etmək faydalıdır - Alimlər açıqladı

Qeybətin pis vərdiş olduğunu hamımız bilirik, amma buna baxmayaraq, çoxumuz zövqlə qeybət edirik. Bəzən bundan qaçmaq da olmur.

News24.az  xəbər verir ki, Hollandiyalı alimlər qeybətin iş yerlərində faydalı olduğunu sübut edib.

Hollandiyanın Qroningen Universitetinin tədqiqatçıları qeybətin iş üçün faydalı olduğunu müəyyən ediblər. Qeybət sən demə, komandanın dostluğunu və birliyini gücləndirir, həmçinin davranışını tənzimləməyə kömək edir.

Tədqiqat müəllifi Li Elvartın sözlərinə görə, xüsusilə işçilər arasında etimad səviyyəsi, eləcə də onların sosial və formal münasibətlərini formalaşdırır.

Qeybətin tərifinə əsasən, biz o anda orada olmayan bir şəxs haqqında söhbəti nəzərdə tuturuq. Həm də mütləq mənfi məzmunlu deyil. Qeybət müsbət məlumat da daşıya bilər.

Araşdırmalar göstərib ki, bütün işçilər müsbət dedi-qoduları paylaşdıqda, özlərini daha rahat hiss edirlər.

Bir-birinə həqiqətən güvənənlər mənfi dedi-qoduları eşidərkən heç bir narahatlıq yaşamadılar.

Özlüyündə bu cür dedi-qoduların yayılması risklidir, amma bu söhbətlər kollektivin sizdən nə istədiyini də ortaya qoyur. Eləcə də əgər kimsə sizin yanınızda digəri barədə qeybət edirsə, deməli sizə güvənir./medicina/