Metroda toyuq həyəcanı - Hərəkət dayandırıldı
    • 16-05-2023, 08:52
    • 204

Metroda toyuq həyəcanı - Hərəkət dayandırıldı

Meksikada metroda maraqlı hadisə yaşanıb. 

News24.az xəbər verir ki, paytaxt Mexiko şəhərində metronun 9-cu xəttində yerləşən "Centro Medico" stansiyasında toyuq relslərə girdiyi üçün hərəkətdə fasilə yaranıb.

Metro işçiləri toyuğu tutmaq üçün relslərdəki elektrik enerjisini kəsiblər. Toyuq qısa vaxt ərzində tutulub. 

Mexiko Şəhər Metro İdarəsi tərəfindən edilən açıqlamada vətəndaşlara relslərə düşə biləcək əşyalardan ehtiyatlı olmağı və ev heyvanlarını nəqliyyat vasitələrində qəfəsdə daşımaq tövsiyə edilib.

Toyuğun relslərə necə daxil olduğu məlum olmasa da, səlahiyyətlilər onun sərnişinə aid olduğunu və qaçaraq relslərin üzərinə düşə biləcəyini bildiriblər.

Toyuq xilas edildikdən sonra metroda hərəkət bərpa olunub. /NTV Türkiye/