Dondurulmuş toyuğun içindən - kəsik barmaq çıxdı
    • 28-06-2018, 11:27
    • 1 536

Dondurulmuş toyuğun içindən - kəsik barmaq çıxdı

Belarusiyanın qərbindəki Gradno bölgəsində ürəkbulandıran hadisə yaşanıb. 

Belə ki, marketdən dondurulmuş toyuq alan qadın, toyuğu torbasından çıxardığında gözlərinə inanmayıb.

Toyuqdan başqa torbanın içərisində kəsik barmaq olub.

Gördüklərinin şokunu yaşayan qadın tez bir zamanda polisə xəbər verib və beləliklə də təhqiqatın başlanmasına səbəb olub.

Hadisəylə bağlı araşdırma aparan polis və toyuq istehsalı şirkəti yaşanan bu olayın səbəbini tapıb. Belə ki, fabrikada çalışan bir işçinin barmaqlarının qopduğu ortaya çıxıb.

Təhqiqatçılar, digər barmaqların da toyuq paketlərinin içərisində olmasını açıqlayıb.

//News24.az