-
- 16-02-2019, 17:30
- 788
"Döş qəfəsindən xəsarət alıb" - Metropolitendən bıçaqlanan şəxslə bağlı - Rəsmi Açıqlama
“28 May” stansiyasından “Gənclik” stansiyasına gedən qatarda naməlum biri tərəfindən bıçaqlanan şəxsin kimliyi bəlli olub.
Bu barədə news24.az-a açıqlama verən “Bakı Metropoliteni”-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov məlumat verib:
“Bıçaqlanan şəxs Bakı şəhər sakini Quliyev Şəmistandır. Döş qəfəsindən xəsarət alıb və Gənclik stansiyasına Təcili Tibbi Yardım çağırılıb. Polis əməkdaşları hazırda hadisəni törədən şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görür”.
B.Məmmədov bu halların insanların gözü qarşısında yaşanmasının heç də yaxşı hal olmadığını bildirib:
“Təbii ki, ictimai nəqliyyat vasitəsində sərnişinlərin davranışı nümunəvi olmalıdır. Metro şəhərdə ən çox istifadə olunan nəqliyyat növüdür. Hadisənin hansı zəmində baş verdiyini bilmirik. Amma ictimaiyyətin gözü qarşısında belə halın yaşanması heç də yaxşı deyil.
İnsanlarımız çalışmalıdır ki, bir-birinə qarşı münasibətlərdə belə hallara yol verməsin. İctimai nəqliyyatdan istifadə edənlərin kateqoriyası fərqlidir. Bu da onlara psixoloji və s. təsir göstərə bilər”.
Teymur MƏMMƏDOV