-
- 15-07-2019, 14:30
- 1 142
Metroda siqareti çəkib yerə tullayan kimdir? - VİDEO
Bu gün sosial şəbəkələrdə Bakı metrosunda siqaret çəkən şəxsin görüntüləri yayılıb. Videoda həmin şəxs siqareti çəkir və kötüyü vaqonun döşəməsinə atır. Sərnişinin bu hərəkəti hər kəsin hiddətinə səbəb olub.
Məsələ barədə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovla əlaqə saxladıq. O, News24.az-a açıqlamasında bildirib ki, həmin şəxsin kimliyi hələ ki məlum deyil, amma araşdırmalar aparılır:
“Qanunvericiliyə əsasən, metro ərazisində siqaret çəkmək qadağandır və cərimə də müəyyənləşib. Sadəcə, hələlik hadisənin nə vaxt və hansı qatarda baş verdiyi məlum deyil. Həmin şəxsin kimliyi metrostansiyalardakı və qatarlardakı kameralar vasitəsilə araşdırılır. O, tapılaraq barəsində qanunvericiliyin tələbinə uyğun tədbir görüləcək».
B.Məmmədov onu da əlavə edib ki, insanlar özləri də belə hallar baş verəndə fəal olmalıdırlar: "Qanunvericiliklə ictimai yerlədə tütün çəkmək qadağan olunub. Metropolitendən istifadə qaydaları Nazirlər Kabineti tərəfindən təsdiq olunub. Stansiyalarda, vestibüllərdə, platformalarda siqaet çəkmək qadağandır. Əsas məsələ sərnişinlərin öz hüquqlarının müdafiəsi etməsidir. Metroda maşinistlə rabitə var, neqativ halla rastlaşan sərnişinlər maşinistlə əlaqə qurub iradlarını bildirə bilərlər. Bu zaman məsələ tez bir zamanda həllini tapar”.
Afaq Mirayiq