Rusiya ABŞ səfirliyinin keçmiş əməkdaşını saxladı
    • 16-05-2023, 10:10
    • 131

Rusiya ABŞ səfirliyinin keçmiş əməkdaşını saxladı

Rusiya ABŞ səfirliyinin keçmiş əməkdaşını saxlayıb.

News24.az xəbər verir ki, TASS agentliyi Robert Şonovun Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən Vladivostokda saxlanılması ilə bağlı məlumat yayıb. 

Xarici dövlət və ya beynəlxalq təşkilatla əlbir olmaqda təqsirləndirilən Şonovun 8 ilə qədər həbs oluna biləcəyi bildirilib.

ABŞ-ın Rusiyadakı səfirliyi hazırda mövzu ilə bağlı paylaşılacaq məlumatın olmadığını açıqlayıb.

Şonov Moskvanın keçmiş KQB həbsxanası olan Lefortovo həbsxanasında saxlanılır.