İlham Əliyev Moskvadadır
    • 11-01-2021, 12:59
    • 628

İlham Əliyev Moskvadadır

Azərbaycan Prezidenti İlham Əliyev Moskvada rəsmi səfərdədir.

News24.az xəbər verir ki, bu barədə “TASS” agentliyinə açıqlamasında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu məlumat verib. O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko, Rusiya Xarici İşlər Nazirliyinin və Azərbaycanın Moskvadakı səfirliyinin nümayəndələri qarşılayıblar.

Qeyd olunub ki, dövlət başçısının korteji Kremlə tərəf yol alıb.

Xatırladaq ki, bu gün Moskvada Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli görüşü keçiriləcək.