İzzət bacısı oğluna dəstək olmaması iddialarına CAVAB VERDİ
    • 16-05-2023, 10:31
    • 531

İzzət bacısı oğluna dəstək olmaması iddialarına CAVAB VERDİ

Müğənni İzzət Bağırov bacısı oğlu Tahirə dəstək olmaması iddialarına cavab verib. 

News24.az axşam.az-aistinadən xəbər verir ki, sənətçi Tahiri 6 aylığından özünün saxladığını deyib. Bu haqda İzzət "Günün sədası" verilişində danışıb. O bildirib ki, ifaçılıqla məşğul olan Tahirə sənətdə dəstək olur:

"6 aylığında atası qəfildən dünyasını dəyişdi. Bacım il yarım idi ailə qurmuşdu. Həmin vaxtdan bacım da, Tahir də mənim yanımda qalıb. Tahir 22 yaşına qədər mənim himayəmdə böyüyüb. İndi 28 yaşı var. Borcumdur, dəstək oluram ona. Mənimlə şou-proqramlara da gedir. Əlim o qədər uzun deyil. Sadəcə, yaxşı dostlarım var. Xahiş edirəm ki, onu efirə çıxart".