“Toppuş bacı”nın əri:
    • 16-05-2023, 15:09
    • 319

“Toppuş bacı”nın əri: "Dedim, utanıram səndən..."

Mərhum Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal növbəti paylaşımı ilə izləyicilərini kövrəldib.

News24.az xəbər verir ki,  Mədinədən qızı Zəhranın fotosunu paylaşan Röyal bu sözləri yazıb:
“Bura Peyğəmbərimizin dəfn edildiyi Mədinə şəhəri və İslam tarixinin 2-ci məscididir. Gecə otelə gəlmişdik, soruşdum ki, nə dua etdin? Dedi ki, anam üçün dua elədim, o yaxşı insan idi, yeri yaxşı olsun. 

Özümə sual verdim ki, görəsən, mən qocalıram, ya Zəhram belə tez böyüdü. Bəzən mənə deyir ki, sən anamı məndən əvvəl tanıyırsan. Ondan danışa bilərsən ? Xatırlayırsan? 

Deyirəm, heç unutmadım, ilk tanış olduğumuz gündən. 2014-cü il fevralın 7-də o gözəl, nur üzlü xanımı tanıdım, sevdim. Həmin ilin iyulun 7-də ailə qurdum. Və 2023-cü ilin yanvarın 22-i isə...

Mən Kəbəni təvaf edərkən Rəbbimə dedim, utanıram, səndən nəsə istəməyə. Çünki mənə hər şey vermisən. Məni əməlisaleh insanlardan et və xanımımı sənə tapşırdım. Bizi o biri dünyada da bir yerdə et. 136 gündür ki, mən sənsizəm”./sherg.az/