Leysan və güclü külək İtaliyada fəsadlar törədib
    • 17-05-2023, 00:39
    • 332

Leysan və güclü külək İtaliyada fəsadlar törədib

İtaliyanın Emiliya-Romaniya regionunda əlverişsiz hava şəraiti ciddi problemlər yaradıb.

News24.az xəbər verir ki, şiddətli yağışlar nəticəsində bəzi kiçik çaylar məcrasından çıxıb, yüzlərə evi su basıb, magistral yollar və küçələr su altında qalıb. Güclü külək ağacları avtomobillərin üzərinə və yollara aşırıb. Torpaq sürüşməsi və daşqın təhlükəsi ilə bağlı əhaliyə xəbərdarlıq olunub.

Bolonyada məktəblər bağlanıb, 740 nəfər təxliyə edilib. İnfrastruktura ciddi ziyan dəydiyi bildirilib. Emiliya-Romaniya regionunda qırmızı, Marke, Siciliya və Kampaniyada isə narıncı xəbərdarlıq elan edilib.

Bölgəyə ötən sutka saat ərzində 150 millimetr yağıntı düşüb, əlverişsiz hava şəraitinin hələ bir müddət davam edəcəyi gözlənilir.