Bakıda "Vergilər, Şəffaflıq, İnkişaf" adlı Forum keçirilir
    • 18-02-2019, 10:42
    • 1 079

Bakıda "Vergilər, Şəffaflıq, İnkişaf" adlı Forum keçirilir

Bakıda "Vergilər, Şəffaflıq, İnkişaf" adı altında Forum keçirilir.

News24.az-ın məlumatına görə, tədbirdə vergilər naziri Mikayıl Cabbarov, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə, iqtisadiyyat naziri Şahin Mustafayev, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Avropadaxili Vergi Adminstrasiyaları Təşkilatının baş katibi Migel Silva Pinto, Auditorlar Palatasının sədri Vahid Novruzov, Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Navid Naqvi, "McKinsey&Company"nin partnyoru Daniel Korn, Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Azərbaycanda Amerika Ticarət Palatasının prezidenti Nuran Kərimov iştirak edirlər.

Forum vegilər nazriri Mikayıl Cabbarovun foruma qatılan qonaqları və media nümayəndələrini salamlaması ilə start götürüb. Daha sonra isə Vergilər Nazirliyinin gördüyü işlər və 2019-cu il üçün olan planlarından danışıb: “Sizə bəzi rəqəmləri demək istəyirəm.

Bu rəqəm həmin məsələlərlə bağlı müəyyən fikir yaradacaq. 2018-ci ildə aparılan vergi nəzarəti tədbirləri nəticəsində iri topdansatış obyektlərində 930. mln manat, market şəbəkələrində 122 mln. manat, özəl tibb müəssisələrində isə 230 mln manat vəsaitin vergidən gizlədilməsi aşkar edilib".

Teymur MƏMMƏDOV