“Bizi belə səviyyəyə salmayın” - Qalmaqala rəsmi cavab
    • 17-05-2023, 13:55
    • 448

“Bizi belə səviyyəyə salmayın” - Qalmaqala rəsmi cavab

Mədəniyyət Nazirliyi bir neçə gün bundan əvvəl aktrisa Ülviyyə Əliyeva Akademik Musiqili Teatrın direktoru Əliqismət Lalayevlə arasında yaranan gərginliyə münasibət bildirib.  

News24.az xəbər verir ki, Nazirliyin Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova OLAY-a özəl açıqlamasında deyib ki, sözügedən şəxslər arasındakı qalmaqal şəxsi münasibət zəminindədir:

“Bilirsiniz, dedi-qodulara, şəxsi münasibətlər haqqında rəylərə baxdıqda münasibət bildirmək qeyri-ciddidir. Fikir verirsinizsə, bu sahədə xeyli işlər görülür. Təəssüf ki, biz enerjimizin bir hissəsini də belə formada dedi-qodulara həsr etməli oluruq. Çünki həqiqətən hər dəfə belə müzakirələrin yoxlanılması və araşdırılması üçün əməlli vaxt və resurlarımızı istifadə edirik”.



Bundan başqa, Aynur Kərimova sosial mediada bəzi teatr rəhbərliklərinin öz əməkdaşlarına mətbuata müsahibə verməsinə qadağa qoyduğu barəsində yayılan iddialara da münasibət bildirib:

“Bilirsiniz, bu an bəzi media orqanlarının gündəmininin böyük hissəsini sənət adamları ilə bağlı fərqli, müxtəlif yazılar, bəzən ümumiyyətlə gerçəkliyə əsaslanmayan dedi-qodular və s. tutur. Lütfən, bizi belə səviyyəyə salmayın”.

Qeyd edək ki, Ü. Əliyeva “Qafqazinfo”ya bildirmişdi ki, 25 ildir sözügedən teatrda çalışmasına baxmayaraq, ona hələ də fərxi ad verilməyib. İddialara cavab verən rəhbərlik isə fəxri adın növbə ilə verildiyini demişdi.