Xameneinin nəvəsi açıq-saçıq geyimdə görüntüləndi - VİDEO
    • 13-05-2024, 15:43
    • 387

Xameneinin nəvəsi açıq-saçıq geyimdə görüntüləndi - VİDEO

İranda baş örtüyü ilə bağlı etirazlardan sonra Nyu-Yorkdan bir görüntü hər kəsi təəccübləndirib.

News24.az xəbər verir ki, İranın dini lideri Ayətullah Xameneinin nəvəsi Nyu Yorka səfər edib və səfər zamanı açıq-saçıq libasda görüntülənib.

Qara, dizə qədər paltarda görüntülənən Xameneinin nəvəsi maşından düşüb və sürətlə oradan uzaqlaşıb.

Qeyd edək ki, Xamneyinin nəvəsini görən bəzi İran vətəndaşları bu vəziyyətə reaksiya verərək, “İranda qızlarımızı saçlarını örtmədiyi üçün öldürürlər, görün nəvəsi nə geyinib” deyərək etirazlarını bildiriblər.

Günel Məlikzadə