Yeni evlənən cütlük 2 gün fərqlə həyatlarını itirdilər
    • 13-05-2024, 15:06
    • 267

Yeni evlənən cütlük 2 gün fərqlə həyatlarını itirdilər

Adıyaman avtomobil yolunun hava limanı qovşağında avtomobil yuvarlanıb. 

News24.az xəbər verir ki, Tevfik Alptekin idarəetməni itirməsi ilə avtomobil aşıb. Divara çırpılıb. Hadisəni görənlər 112 Təcili Zəng Mərkəzinə vəziyyəti xəbər veriblər.

Xəbər üzərinə qəza yerinə təcili yardım, xilasetmə və jandarma qrupları sövq edilib. Həkimlər tərəfindən aparılan müayinədən sonra Ayşe Derya Alptekinin öldüyü müəyyən edilib. Ağır xəsarət alan sürücü xəstəxanaya çatdırılıb.

Ağır yaralı sürücü Tevfik Alptekin də edilən müdaxilələrə baxmayaraq dünyasını dəyişib.

Qeyd edək ki, qəzada ölən cütlüyün 2 ay əvvəl evləndiyi öyrənilib.

Bu gün keçiriləcək mərasimdə Alptekin cütlüyünün yan-yana dəfn ediləcəyi bildirilib.

Günel Məlikzadə