Musiqili Teatr Belarus teatrları ilə əlaqəni genişləndirir
    • 28-03-2019, 17:04
    • 1 163

Musiqili Teatr Belarus teatrları ilə əlaqəni genişləndirir

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, rejissor Əliqismət Lalayev Belarusiya Dövlət Akademik Musiqili Teatrının direktoru Aleksandr Petroviçin dəvətilə 28 mart-2 aprel 2019-cu il tarixlərində Minskdə səfərdə olacaq.

Mədəniyyət Nazirliyinin Mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, hər iki tеаtr arasında gələcək əlaqələrin daha da möhkəmləndirilməsi, yaradıcılıq əlaqələrinin inkişafı baxımından böyük önəm kəsb edən bu səfərin əsas məqsədi qarşılıqlı münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətindədir.

Teatr rəhbərliklərinin görüş proqramına son illərdə Belarusiya Dövlət Akademik Musiqili Teatrında hazırlanmış tamaşaların, o cümlədən bilavasitə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının müəyyən dəstəyi ilə səhnəyə qoyulan “Arşın mal alan” (Ü.Hacıbəyli) operettasının nümayişi də daxildir.