Güclü külək divanı göydə belə uçurdu - ANBAAN VİDEO
    • 18-05-2023, 10:59
    • 509

Güclü külək divanı göydə belə uçurdu - ANBAAN VİDEO

Türkiyənin Ankara şəhərində baş verən güclü külək və aralıqsız yağan yağış həyatı iflic edib.

News24.az xəbər verir ki, sürəti saatda 45 km olan külək evlərin damını uçuraraq, ağacları kökündən çıxarıb.

Etimesgut bölgəsində ticarət mərkəzinin dam örtüyünü qaldıran külək insanlara qorxulu anlar yaşadıb. Eyni zamanda külək yaxınlıqdakı çoxmərtəbəli yaşayış binalarının birinin eyvanındakı divanı göydə uçurub. Daha sonra isə divan başqa bir binadakı mənzilə düşüb.

Həmin anlar ətrafda yaşayan sakinlər tərəfindən anbaan lentə alınıb./BAKU.WS/