"Meta"ya cərimə ŞOKU: Məlumatları...
    • 18-05-2023, 13:27
    • 123

"Meta"ya cərimə ŞOKU: Məlumatları...

"Meta" şirkəti istifadəçi məlumatlarının İrlandiyadan Birləşmiş Ştatlara göndərilən zaman işlənməsində yol verilən qayda pozuntusuna görə, rekord cərimə riski ilə üzləşib.

News24.az xəbər verir ki, İrlandiya Məlumatların Mühafizəsi Komissiyası məsələ ilə bağlı qərarını mayın 22-də dərc edəcək. 

Cərimənin dəqiq məbləği hələlik məlum deyil, lakin onun "Amazon"un 2021-ci ildə analoji pozuntuya görə ödədiyi 746 milyon avrodan çox olacağına dair fikirlər var. /Politico/