Tovuzda ata öldü, oğulla gəlin xəstəxanalıq oldu
    • 19-05-2024, 12:37
    • 225

Tovuzda ata öldü, oğulla gəlin xəstəxanalıq oldu


Tovuzda bədbəxt hadisə baş verib.

News24.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Əlibəyli kəndində qeydə alınıb. Kənd sakini 1970-ci il təvəllüdlü Gülşən Əmrahova dəm qazından boğularaq ölüb.

Mərhumun oğlu 2004-cü il təvəllüdlü Əmrahov Əmrah və onun həyat yoldaşı 2004-cü il təvəllüdlü Aysun Əmrahova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.